Maykl Ceksonun pencəyi rekord qiymətə satılıb | Banco.az

Maykl Ceksonun pencəyi rekord qiymətə satılıb

Müəllif:Mehin Qasımova/Banco.az

Məşhur pop ulduz  Maykl Ceksonun ikonik dəri gödəkçəsi 306 min dollara satılıb.

Banco.az xəbər verir ki, Cekson sözügedən pencəyi 1984-cü ildə "Pepsi" şirkəti üçün ilk reklam filmində geyinmişdi.

Belə ki, cümə günü Londonda keçirilən hərracda Ceksonun gödəkçəsi ilə birlikdə 200-dən çox başqa musiqi əsəri satılıb. Onların arasında Corc Mayklın pencəyi və Emi Uaynhausa məxsus parik də olub.

Əvvəllər Ceksona məxsus olan bəzi xatirə əşyaları da minlərlə dollara satılıb. Onun konsertlərin birində taxtığı  papaq sentyabr ayında Parisdə keçirilən hərracda 77 640 avroya satılıb.

İngilis müğənni Emi Uaynhausun 2007-ci ildə "You Know I'm No Good" mahnısına çəkdirdiyi klipdə taxdığı parik də hərracda 18 min 750 dollara satılıb.

Ən sərfəli kredit üçün müraciət et

AC/DC qrupundan Angus Young-a məxsus "Gibson" gitara isə  alıcı tapmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et