"İdxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil" | Banco.az

"İdxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 520 dollar təşkil edib. Bu da ötən ilin ilk 10 ayı ilə müqayisədə 6% azdır.

Ticarət dövriyyəsinin 29 milyard 345 milyon dolları ixracın, 14 milyard 174 milyon dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 15,4% azalıb, idxal isə 22,3% artıb. Hesabat dövründə ən çox gəlir neft ixracından əldə edilib. Belə ki, neft ixracından əldə edilən gəlirlər 13,8 milyard dollara bərabər olub. Ölkənin qaz ixracından qazancı isə 12,3 milyard dollar olub. 

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov ixracın azalmasını şərh edərkən bildirib ki, enerji məhsulların qiymətinin əvvəlki il ilə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb: “Bununla belə, idxalda artım tendensiyası davam edib.

Yəni, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil.

Bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb. Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb”.

Ən sərfəli kredit üçün müraciət et

V. Bayramovun sözlərinə görə, son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir: “Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asıllığın aradan qaldırılmasına ehtiyac var”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et