Hesab.az istifadəçiləri üçün daha bir kampaniya | Banco.az

Hesab.az istifadəçiləri üçün daha bir kampaniya

Bu gündən www.hesab.az öz istifadəçiləri üçün xüsusi kampaniyaya start verib.

Belə ki, hesab.az portalının şəxsi kabinetindən balansını artıran Bakcell abonentləri minimum 5 AZN ödədikdə 5 şəbəkədaxili dəqiqə, 10 AZN və daha çox ödədikdə isə 15 şəbəkədaxili dəqiqə qazanacaqlar. Dəqiqələr 3 gün müddətində istifadə edilməlidir.

Kampaniyanın müddəti  15 gün olmaqla 8 iyun tarixindən 23 iyun tarixinədək davam edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ölkənin ilk onlayn ödəmə platforması olan hesab.az (GoldenPay), “Visa” və “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərinin sertifikasiyadan keçmiş Onlayn ödəmə sisteminə malikdir. Bununla yanaşı, GoldenPay xüsusi şifrələnmə üçün Geo Trust istifadə edərək, müvafiq ödəniş məlumatlarının şifrələnməsini təmin edir. Bu da fəaliyyətə başladığı gündən yüzlərlə xidmətin bu sistemə qoşulmasına və milyonlarla AZN-lik onlayn ödəmələrin həyata keçirilməsinə yol açır.

Ən sərfəli krediti almaq üçün müraciət et