"Google"un "Zəlzələ Xəbərdarlıq Sistemi" necə işləyir? | Banco.az

"Google"un "Zəlzələ Xəbərdarlıq Sistemi" necə işləyir?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Android” telefonları zəlzələləri əvvəlcədən necə proqnozlaşdıra bilər?

Banco.az xəbər verir ki, “Google”un Android Zəlzələ Xəbərdarlıq Sistemi bu gün səhər saatlarında paytaxtda və ətraf ərazilərdə hiss edilən 5,6 bal gücündə zəlzələ barəsində əvvəlcədən istifadəçiləri xəbərdar edərək yenidən diqqəti üzərinə çəkib.

Hətta bir çox istifadəçi “Google”un göndərdiyi xəbərdarlığı oxuyarkən zəlzələ ilə üzləşib. Odur ki, gəlin bu erkən xəbərdarlıq sisteminin necə işlədiyinə daha yaxından nəzər salaq.

Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, zəlzələ haqqında erkən xəbərdarlıq sistemi zəlzələni proqnozlaşdırmır. Bu sistemlər “Android” telefonlarında olan texnoloji avadanlıqlar sayəsində işləyə bilir.

Belə ki, “Android” smartfonlarında zəlzələnin sarsıntısını aşkar edə bilən minimal ölçülü seysmik sensorlar var. Bu sensorlar zəlzələnin maqnitudasını, dərinliyini və yerini müəyyən edə bilir.

Zəlzələ baş verən zaman telefonlarda seysmik sensorlar işə düşür və zəlzələnin miqyasını, yerini və dərinliyini ölçür. Zəlzələ zonasında yerləşən “Android” telefonları aşkar etdikləri məlumatları “Google” serverlərinə ötürərək siqnal göndərirlər. Kifayət qədər sayda cihazdan siqnal gəldikdə, “Google” məlumatları təhlil edir, zəlzələnin episentrini aşkar edir və əraziyə yaxın olan digər telefonlara xəbərdarlıq siqnalı göndərir. Bu proseduraların hamısı saniyələr içində baş verir. Bununla da, istifadəçilər zəlzələnin təsirini hiss etməmişdən əvvəl məlumatlandırılmış olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Android” cihazları istifadəçilərə fövqəladə xəbərdarlıqlar göndərmək üçün “Android Emergency Alerts” sistemindən istifadə edir. Bu, FEMA (Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi) tərəfindən müəyyən edilən fövqəladə hallar kateqoriyaları arasındadır. Zəlzələ baş verən zaman bu xəbərdarlıq sistemi vasitəsilə istifadəçilərə məlumat verilir.

İndi isə gəlin smartfonlarda sözügedən xəbərdarlıq sisteminin necə aktivləşdirildiyinə nəzər salaq.

“Android” smartfonunuzda zəlzələ xəbərdarlığı sistemini işə salmaq üçün əvvəlcə "Parametrlər" bölməsinə keçin. Axtarış çubuğundan "Yer" nişanını seçin. "Məkan > Qabaqcıl > Zəlzələ Xəbərdarlıqları" addımlarını izləyin və sonra açılan ekranda "Zəlzələ Xəbərdarlıqları" bölməsinə klikləyin. Bu bölmədən siz telefonunuz üçün zəlzələ xəbərdarlığını aktivləşdirə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et