Ceff Bezos iclaslarda PowerPoint təqdimatlarını niyə qadağan etdi? | Banco.az

Ceff Bezos iclaslarda PowerPoint təqdimatlarını niyə qadağan etdi?

Inc.com-un məlumatına görə, milyarder Ceff Bezos “Amazon”un işgüzar görüşlərində təqdimatların istifadəsini qadağan edib. Bu qərar məhsuldarlığı 25% artırıb. “Amazon”un idarə heyəti iclaslarında şöbə müdirləri artıq proyektorun ekranındakı slaydlara baxmır, yarım saat sakit şəkildə oturub həmkarlarının hesabatını oxuyurlar. Bu yalnız yaxşı koqnitiv (lat. cognitio, “başa düşmək, dərk etmək, öyrənmək”) təcrübə deyil, həm də effektiv bir təşkilati qərardır. 

PowerPoint qadağası tətbiq olunandan bəri sənədlərin oxunması “Amazon”da təşkilati görüşlərə sərf olunan ümumi vaxtı iki dəfə azaldıb. Menecerlər belə tədbirlərdə iş vaxtının yarısına qədər (ya da ömrünün yeddi ilinə qədər) zaman keçirirlər. Lakin bu görüşlərin üçdə biri faydasız olur. 

Həmçinin oxu: Gələcəkdə Windows Əməliyyat Sistemi sıradan çıxa bilər

Slaydların nümayişindən imtina olunması şirkət menecmentinin işini ümumilikdə 25% daha effektiv edib.

“PowerPoint”dən imtina heç bir xərc gətirməyib. Bunun səbəbi odur ki, vaxta qənaət edir. 

Təqdimat zamanı gərək dinləyicilər çıxış edən şəxsə uyğunlaşsın və təqdimat da ən azı bir saat çəkir. Eyni tezisləri bir neçə dəqiqəyə oxumaq, qalan vaxtı isə müzakirəyə sərf etmək olar. Yenə də görüş daha sürətli keçəcək. Bir halda ki, hər kəs sənədi təxminən eyni sürətlə oxuyub qurtarır və müzakirəyə hazırdır, iclas daha tez və daha effektiv olur. Kimlərə ki, sırf informasiya lazım idi, iclası tərk edə də bilər. Bununla da başqa işçilərə müzakirə üçün daha çox zaman vermiş olurlar. Bu da yekun nəticədə zamana qənaət etmiş olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: “Amazon”un təsisçisi artıq dünyanın ən varlı adamı deyil

Yeni format imkan vermir ki, uzun, məzmunsuz təqdimatlarda olduğu kimi mövzudan kənarlaşma halları olsun. 

Inc. bir sıra tədqiqatlara əsasən, “PowerPoint”dən istifadənin informasiyanın mənimsənilməsinə kömək etmədiyini, əksinə bu prosesi pisləşdirdiyini və ümumilikdə insanların dərketmə bacarıqlarına mənfi təsir göstərdiyininqeyd edib. Yeni Cənubi Uels universitetinin alimləri aşkar edib ki, ekranda sözlərin nümayiş olunması və çıxış edənin həmin sözləri ucadan təkrar etməsi dinləyicilərin qavramasını azaldır. 

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et