Gələcəkdə Windows Əməliyyat Sistemi sıradan çıxa bilər | Banco.az

Gələcəkdə Windows Əməliyyat Sistemi sıradan çıxa bilər

“Microsoft” kompaniyası “Apple”ın izi ilə getməyə qərar verdi. Beləliklə, özünün ən məşhur məhsuluna fokuslanmaqdan imtina etdi. Qeyd edək ki, Iphone “Apple” üçün nə ifadə edirsə, Windows Əməliyyat Sistemi də Microsoft şirkəti üçün eyni mahiyyəti daşıyır. 

Dünyaca məşhur brend indi nə edəcək və bu qərar onun biznesinə necə təsir göstərəcək? 

The Verge portalının verdiyi məlumata əsasən, “Microsoft”un son təqdimatı çərçivəsində “Surface” adı altında bir sıra yeni məhsullar cəmlənib: planşetlər, noutbuklar, simsiz qulaqlıqlar və hətta cüt qatlanan smartfonlar 

Tədbirə “Microsoft”un baş icraçı direktoru Satya Nadellanın dediyi sözlər damğa vurub: 

“Windows Əməliyyat Sistemi artıq bizim üçün birinci dərəcəli məhsul deyil”. 

Onun sözlərinə görə, şirkət diqqətini artıq servis və tətbiqlərə yönəldəcək. Windows ƏS ikinci və ya üçüncü plana düşəcək. Bu, çox cəsarətli addımdır, çünki Windows ƏS həmişə şirkətin ikonik məhsulu olub. 

Hal-hazırda “Microsoft”un diqqət mərkəzində “Microsoft Graph” durur. Bu, proqramçılar üçün nəzərdə tutulmuş və özündə bir neçə cihaz və servisləri (Windows, Office 365, Azure və s.) birləşdirən xüsusi platformadır. 

“İndi bizim üçün ən vacib amil tətbiqlərin modeli və istifadəçi təcrübəsidir. İnsanların “Surface”in yeni məhsulları olan Duo və Neo üçün necə tətbiqlər yaratması daha əhəmiyyətli olacaq, nəinki Windows və ya Android tətbiqi yazmaq. Çünki Microsoft Graph ilə əlaqələndiriləcək”, — deyə Satya Nadella çıxışına əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu:“Microsoft” şirkəti CV yazmağın ideal qaydalarını izah edib

Xatırladaq ki, daha əvvəl istehsal edilmiş Surface Duo smartfonları Android sistemində işləyir. “Microsoft”un “Windows Phone” smartfonunun əməliyyat sistemindəki uğursuzluğu göstərmişdi ki, artıq şirkətə başqa belə smartfon lazım deyil. Ona görə də şirkət rəqibi “Google”ın təcrübəsindən yararlanmağı qət edib. 

“Windows” öz aktuallığını itirmir, sadəcə smartfonlar üçün Android daha rahat və səmərəlidir. “Microsoft” sadəcə internet texnologiyaları trendini izləməyə çalışır. Yeni smartfonların buraxılışı da buna bariz nümunədir. Mobil cihazlar şirkət gəlirinin 5%-dən daha az hissəsini əhatə edir. “Windows” isə 2010-cu ildə 30% gəlir gətirmişdi. Lakin indi bu göstərici 16% təşkil edir. Şirkət bunu nəzərə alaraq müxtəlif xidmətləri və bulud biznesini inkişaf etdirmək yönündə işlər görür. 

Həmçinin oxu: Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub?

İndi müxtəlif əməliyyat sistemlərinin inteqrasiyasını təmin edə biləcək proqramçılar var, bu da “Windows”un əhəmiyyətinin azalmasına səbəb olur. Şirkət ƏS inteqrasiyasına və bulud texnologiyalarını inkişaf etdirilməsinə diqqət yetirməyə başlayıb. Biznes üçün yeni üfüqlər aça biləcək istiqamətlərdə işlər görülür. 

Nigar Umaxanlı, Banco.az