Banklar hansı şərtlərlə ipoteka kreditləri təklif edir? - ARAŞDIRMA | Banco.az

Banklar hansı şərtlərlə ipoteka kreditləri təklif edir? - ARAŞDIRMA

Kredit növlərindən ən vacibi də ipoteka kreditləridir. İpoteka krediti daşınmaz əmlakın alınması zamanı götürülür. Bəzi banklarda eyni zamanda güzəştli ipoteka krediti də təklif olunur. Bəs güzəştli ipoteka kreditini kimlər ala bilər? Banco.az təqdim edir.

1) Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  • Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

2) Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

3) Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

4) Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

5) Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs ;

6) Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. 

Banco.az sizlərə ipoteka kreditləri verən bankları və onların şərtlərini təqdim edir.

Banklar Məbləğ Müddət İlkin ödəniş Faiz dərəcəsi
1 Azər-Türk Bank* 100000-dək 3-30 il 10% 4%
2 NBCBank 150000/100000-dək 30/25 il 30% 4 /7%
3 Azərbaycan Sənaye Bankı 150000-dək 3-25 il 20% 7%
4 TURANBANK 150000-dək 25/30 il 30% 7%
5 Amrahbank 150000/100000-dək 25 /30 il 30% 7 /4%
6 Azərbaycan Beynəlxalq Bankı 150000/100000-dək 25 /30 il 30% 7 /4%
7 Bank Avrasiya 150000-dək 25/30 il 20% 7 /4%
8 Bank of Baku 150000-dək 3-25/30 il 20 /25% 7 /4%
9 Bank BTB 150000/100000-dək 3-25/30 il 15/ 30% 7 /4%
10 BANK VTB (AZƏRBAYCAN) 150000/100000-dək 25/30 il 15 /30% 7 /4%
11 Paşa Bank** 150000/100000-dək 25/30 il 25-30/30% 7 /4%
12 Yapı Kredi Bank Azərbaycan 150000-dək 3-25/30 il 30% 7 /4%
13 Rabitəbank*** 150000/100000-dək 25/30 il 15% 7 /4-3,7%
14 Bank Respublika 150000/100000-dək 3-30 il 30% 7-8 /4%
15 Expressbank 150000/100000-dək 25/30 il 30% 8 /4%
16 GünayBank 150000-dək 25/30 il 30% 8 /4%
17 Kapital Bank**** 150000-dək 25/30 il 20-30/30% 8 /4%
18 Naxçıvanbank 60000-dək 25/30 il 15 /10% 8 /4%
19 UNİBANK 150000/100000-dək 3-25/30 il 30 /15% 8 /4%
20 AtaBank***** 150000/100000-dək 25 /30 il 30% 8-7/4-3,7%
21 AGBank 150000-dək 3-25 il 25% 8%
22 NİKOİL  5000-300000 6-84 ay   15%
23 ACCESSBANK 10000 - 150000 24 ay 20% 28%

 

Ən sərfəli kredit üçün müraciət et

* MİDA MMC xətti ilə Güzəştli ipoteka kredit

** 25% - PAŞA Bank əmək haqqı kart sahibləri üçün, 30% - digər müştərilər üçün ilkin ödəniş

*** 4% - zəmanətsiz, 3,7% - zəmanətli kredit faizi

**** Təzə bazar üzrə 20 %- dən başlayaraq, təkrar bazar üzrə 30 % ilkin ödəniş

***** 8/4% - zəmanətsiz, 7/3,7% - zəmanətli kredit faizi

Ən sərfəli krediti almaq üçün müraciət et