Azərbaycanda maliyyə sektorunda çalışanların sayı artıb | Banco.az

Azərbaycanda maliyyə sektorunda çalışanların sayı artıb

Azərbaycanda maliyyə və sığorta sektorunda muzdla çalışan işçilərin ümumi sayı bu il yanvarın 1-nə 25,2 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinə görə, işçilərin sayında aylıq müqayisədə 100 nəfər və yaxud 0,4% artım qeydə alınıb.

Artım ancaq özəl sektor hesabına baş verib. Belə ki, ötən ilin sonuna işçilərin 4,8 min nəfəri və yaxud 19%-i dövlət, 20,4 min nəfəri və yaxud 81%-i isə özəl sektorda çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvarın 1-nə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1548,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,9 min nəfər, qeyri-dövlət sektorunda isə 665 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1514,7 min nəfər çalışıb.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et