Azərbaycanda könüllü həyat sığortası üzrə ödənişlər 26% artıb | Banco.az

Azərbaycanda könüllü həyat sığortası üzrə ödənişlər 26% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında könüllü həyat sığortası növlərinin hesabına 459 milyon 506 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 108 milyon 68 min manat və ya 30.7% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 52 milyon 124 min manat və ya 26.1% artaraq 251 milyon 731 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et