Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini açıqlayıb | Banco.az

Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini açıqlayıb

Cari ilin yanvar-iyun ayları ərzində 828,7 milyon dollar həcmində qeyri-neft məhsulları ixracı olunub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, birinci yarımildə  Azərbaycan Respublikasının rezidentləri dünyanın 134 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə əmtəə ixrac olunub, 122 ölkədən idxal olunub.

Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 20,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 milyard dollar, idxalın həcmi 4,1 milyard dollar təşkil edib, nəticədə 12,4 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

 

  Sia.az

Ən sərfəli krediti almaq üçün müraciət et