Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının hədəfinə yaxınlaşır | Banco.az

Avrozonada inflyasiya Avropa Mərkəzi Bankının hədəfinə yaxınlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya səviyyəsi Avropa Mərkəzi Bankının (ECB) hədəfinə çatmaq üzrədir.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) noyabr ayı üzrə Avrozonada qiymət artımı ilə bağlı yekun məlumatı açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada oktyabr ayında 2,9 faiz olan illik inflyasiya ötən ay 2,4 faizə geriləyib.

Region ölkələrində İstehlakçı Qiymət İndeksi (CPI) sözügedən dövrdə aylıq əsasda isə 0,6 faiz azalıb.

Yekun məlumatlar daha əvvəl dərc edilmiş ilkin məlumatları təsdiqləyib.

Enerji qiymətlərinin aşağı düşməsinə rəğmən illik inflyasiyanın noyabr ayında 2021-ci ilin iyul ayından bəri ən aşağı səviyyədə olması diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avrozonada ərzaq və enerji məhsulları istisna olmaqla hesablanan baza inflyasiyası isə oktyabrdakı 5 faizdən noyabrda 4,3 faizə enib.

Enerji qiymətləri də noyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et