Artıq istifadəçilər də “ChatGPT” yarada və pul qazana biləcəklər | Banco.az

Artıq istifadəçilər də “ChatGPT” yarada və pul qazana biləcəklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Öz “ChatGPT”nizi yarada və pul qazana bilərsiniz.

Banco.az xəbər verir ki, “OpenAI” istifadəçilərə öz “ChatGPT”lərini yaratmağa imkan verəcək yeni funksiyasını elan edib.

Bəs bu funksiya nə iş görəcək? İstifadəçilər yaratdıqları çatbotlardan necə pul qazana biləcəklər?

Məlum olduğu kimi, bu yaxınlarda “OpenAI” ilk tərtibatçı konfransına ev sahibliyi edib. Konfrans icraçı direktor Sam Altman tərəfindən təşkil olunub. Bu maraqlı tədbir “ChatGPT”ə əlavə edilən yeni funksiyaların elanları ilə yadda qalıb.

Tədbirdə bir çox yeni funksiyalar təqdim edilsə də, “GPTs” adlanan bu funksiya bütün iştirakçıların ən çox diqqətini çəkən yenilik olub. “GPTs” istifadəçilərə öz çatbotlarını yaratmağa imkan verəcək və ən əsası, bunun üçün heç bir kodlaşdırma biliyinə ehtiyac olmayacaq.

“DevDay” tədbirində verilən açıqlamalara görə, “ChatGPT” üçün mağaza yaratmaq planları var. Bu mağazaya daxil olan istifadəçilər fərdiləşdirilmiş çatbotlarla qarşılaşacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçilərə öz çatbotlarını yaratmağa imkan verməklə yanaşı, “OpenAI” həm də tərtibatçıların qazanc əldə etmələri üçün platforma təklif edir. Tərtibatçılar öz fərdiləşdirilmiş çatbotlarını mağazada pulsuz və ya ödənişli olaraq təklif edə biləcəklər. Bundan əlavə, ən yaxşı dizayn edilmiş söhbət botları xüsusi qiymətləndirmə prosesi ilə müəyyən ediləcək və bu uğurlu botların yaradıcılarına ödəniş ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et