Aİ və Şengen vizası üçün müraciətlərin sayı 7,5 milyona çatıb | Banco.az

Aİ və Şengen vizası üçün müraciətlərin sayı 7,5 milyona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə viza müraciətlərinə rədd cavabı verilməsi gündəm mövzusu olsa da, bir çox insan da görüş almaqda problem yaşayır.

Banco.az xəbər verir ki, bu problem yeni böhranın ortaya çıxmasına səbəb olsa da, ekspertlər viza üçün müraciət edəcək vətəndaşlara diqqət etməli olduqları məsələlərlə bağlı xəbərdarlıq edir.

Avropa Komissiyasının paylaşdığı son məlumatlar göstərir ki, Avropa İttifaqı və Şengen ölkələrinə viza müraciətləri 2021-ci ilə nisbətən 258% artaraq 7,5 milyona çatıb.

Müraciətlərin sayının artmasına baxmayaraq, dünya üzrə bütün viza müraciətlərinin 17,9%-i rədd edilir. Bu göstərici 2021-ci ildə 13,4% təşkil edirdi.

Viza görüşünün alınması şərtləri ölkədən ölkəyə fərqli olsa da, bir çoxunun öz meyarları var. Görüşlər vizanın alınacağı ölkənin konsulluğundan götürülür. Viza üçün müraciət etməzdən əvvəl aşağıdakıları etməlisiniz:

  1. Hansı ölkəyə səyahət edəcəyinizi və müraciət edəcəyiniz viza növünün müəyyən edilməsi
  2. Seçilmiş viza növünə uyğun olaraq bütün sənədlərin hazırlanması
  3. Ərizə formalarının tam doldurulması
  4. Yaş imza ilə doldurulmuş blankların çatdırılması
  5. Bütün sənədlərdə pasport məlumatlarının düzgün kodlaşdırılması

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et