Kapital Bank gənc futbolçuları Mançesterə yola saldı | Banco.az

Kapital Bank gənc futbolçuları Mançesterə yola saldı

“Sumqayıt” Futbol Klubunun rəsmi tərəfdaşı olan Kapital Bank “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin ölkəmiz üzrə qalibləri ilə görüşüb və onlara hədiyyələr təqdim edib. Qeyd edək ki, gənc futbolçular məşqlərdə yüksək nəticələr göstərərək, İngiltərənin Mançester şəhərində olan təlim-məşqlərdə iştirak edəcəklər.

Belə ki, finalçılar arasında olan Elnar Məmmədli, Kənan Cavadlı, Murad Rüstəmov və Ümid Rəcəbov "Sumqayıt" FK U-12 komandasının futbolçularıdır. Tədbirdə həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərikimya İB, "Sumqayıt" Futbol Klubunun üzvləri və veteran futbolçular da iştirak edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et