Kapital Bank | Banco.az

Kapital Bank

 

Call center
Tel: 196

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Strateji baxışımız

Hər kəsin bankı olaraq daha dayanıqlı gələcəyi təmin edən bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir. Bugünkü seçiminiz gələcəyinizin təminatıdır.

Missiyamız

Həyatınızın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığımızla ölkəmizin sosial-iqtisadi rifah halını birlikdə yüksəltməkdir.

Dəyərlərimiz

  • Şəffaflıq (bütövlük, dürüstlük) – özümüzə, müştərilərimizə, həmkarlarımıza və tərəfdaşlarımıza qarşı dürüst və şəffaf olmaq
  • Keyfiyyət – Gördüyümüz hər işdə professional keyfiyyəti ortaya qoymaq
  • Mənfəətlik – Başladığımız və apardığımız hər bir layihədə səhmdar üçün dəyər yaratmaq
  • Əməkdaşlıq – Paşa Holdinqin bütün strateji aktivləri arasında qarşılıqlı faydalı sinerji formalaşdırmaq
  • Sahibkarlıq - Məqbul risk sərhədləri çərçivəsində təşəbbüs və biznes irəliləməsini təşviq etmək
Daha çox
Ünvan Bakı şəh., AZ1014, Füzuli küç. 71
Telefon (+994 12) 598 12 95
Filialı 154
Bankomatlar 1 152
Sayt www.kapitalbank.az
E-poçt [email protected]
CEO Allahverdiyev Rövşən Şamil oğlu
Rekvizitlər
Tam adı
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti
 
Qısa adı
Kapital Bank
Qeydiyyat tarixi
25 Fevral 2000-ci il
Bank lisenziyası
28 fevral 2000-ci il, 244 №-li lisenziya
Rəsmi auditor
Ernst & Young
Hüquqi ünvan
Azərbaycan Respublikası, Bakı ş., AZ1014, Füzuli küç., 71
Telefon
(+994 12) 598 12 95
 
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et