Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 171,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 437,7 milyon manat məbləğində nizamnamə kapitalının 3,9%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ilin ilk 9 ayından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 34,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank yanvar-sentyabrda nizamnamə kapitalının 27,1%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, "Unibank" kapitalının məbləğinə görə, ölkədə 9-cu bankdır.
3-cü yerə isə 26,9%-lik göstərici ilə "Premium Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, 30 bank arasında 11-ci yerdə qərarlaşıb.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-26% arasında, 13 bankda 1-10% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
| 
 №  | 
 Bankın adı  | 
 Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti  | 
| 
 1  | 
 Kapital Bank  | 
 34,5%  | 
| 
 2  | 
 Unibank  | 
 27,1%  | 
| 
 3  | 
 Premium Bank  | 
 26,9%  | 
| 
 4  | 
 Azərbaycan Beynəlxalq Bankı  | 
 25,7%  | 
| 
 5  | 
 PAŞA Bank  | 
 15,1%  | 
| 
 6  | 
 AFB Bank  | 
 10,6%  | 
| 
 7  | 
 Xalq Bank  | 
 8,0%  | 
| 
 8  | 
 Azərbaycan Sənaye Bankı  | 
 7,8%  | 
| 
 9  | 
 Naxçıvan Bank  | 
 6,5%  | 
| 
 10  | 
 Bank of Baku  | 
 5,9%  | 
| 
 11  | 
 Bank Avrasiya  | 
 5,4%  | 
| 
 12  | 
 Yapı Kredi Bank Azərbaycan  | 
 4,9%  | 
| 
 13  | 
 NBC Bank  | 
 4,6%  | 
| 
 14  | 
 Bank BTB  | 
 3,3%  | 
| 
 15  | 
 Zıraat Bank Azərbaycan  | 
 3,2%  | 
| 
 16  | 
 Günay Bank  | 
 2,9%  | 
| 
 17  | 
 İran Milli Bankı - Bakı  | 
 2,4%  | 
| 
 18  | 
 Express Bank  | 
 2,3%  | 
| 
 19  | 
 Bank Respublika  | 
 1,7%  | 
| 
 20  | 
 Muğan Bank  | 
 0,8%  | 
| 
 21  | 
 Rabitəbank  | 
 0,5%  | 
| 
 22  | 
 Azər-Türk Bank  | 
 0,2%  | 
| 
 23  | 
 Turan Bank  | 
 0,1%  | 
| 
 24  | 
 Atabank  | 
 0,1%  | 
| 
 25  | 
 Pakistan Milli Bankı - Bakı  | 
 -0,7%  | 
| 
 26  | 
 AGBank  | 
 -5,9%  | 
| 
 27  | 
 Access Bank  | 
 -8,4%  | 
| 
 28  | 
 Amrah Bank  | 
 -25,8%  | 
| 
 29  | 
 Nikoyl Bank  | 
 -27,0%  | 
| 
 30  | 
 Bank VTB Azərbaycan  | 
 -79,4%  | 
© Renkinq
