Ümumiyyətlə son günlərdə istər xaricdə yaşayan azərbaycanlıların çoxu, istərsə də Azərbaycandan xaricə pul göndərmək istəyənlərin sayı xeyli artıb, buna görə də insanların çoxu bu prosesin necə işlədiyindən məlumatlı deyillər. Bunu nəzərə alaraq ,bu məqalədə pul köçürmə zamanı hansı üsullar var, nə qədər komissiya tutulur, maksimum nə qədər pul köçürmə limiti var? kimi suallar barədə araşdırma etdik.
Banklar müəyyən olunmuş qaydalar çərçivəsində, bir şəxsin hesabından digər şəxsin hesabına elektron pul köçürmələrini təşkil edir. Pul köçürmə üsullar hesabdan hesaba, kartdan karta və pul köçürmə sistemləri vasitəsi ilə təşkil olunur.
Hesabdan-hesaba.
Bu pul köçürmə üsulu zamanı, bir şəxsin hesabından müəyyən olunmuş məbləğ üzrə əməliyyatı bank hesabları vasitəsi ilə həyata keçirir. Əsas şərt müştərinin hansısa Azərbaycan bankında cari hesabının olmasıdır. Belə hesablar nəğd və nağdsız əməliyyatlar , məsələn pul köçürmələri, pul vəsaitlərinin saxlanılması üçün açılan hesabdır. Müştəri pul köçürməsi üzrə banka hüquqi sənədləri təqdim etdikdən sonra, bank həmin məlumatlar vasitəsi ilə əməliyyatı həyata keçirir.
Azərbaycanda xarici valyuta üzrə cari hesabın açılması üçün yalnız YapıKredi bankda (5AZN), Rabitəbankda (10 AZN), AzərTürk bankda (10 AZN) tariflər ödənişli, digər banklarda isə bu xidmət pulsuz şəkildə istifadə tətbiq edilir. Banklarımız dollar üzrə əməliyyatlarda maksimum 1000 USD, Avro və ingilis funt sterlinqi üzrə pul transferlərində maksimum 500 EUR (GBP) limit tətbiq edir. Ətraflı bu məqalədən baxa bilərsiniz.
“Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” qanuna görə istənilən şəxs Azərbaycan Respublikasından kənara bir gün ərzində 1 000 USD, bir ay ərzində isə 10 0000 USD pul ekvialetindən artıq olmamaqla istənilən məbləği şəxsiyyət vəsiqəsini təqdim edərək banklar vasitəsi ilə hesab açmadan birbaşa xaricə köçürə bilər. Əgər şəxs yaxın qohumlarına pul vəsaiti göndərmək istəyirsə (həyat yoldaşı, onların valideynləri, övlad, övladlığa götürülən uşaqlar) qohumluğu təsdiq edən sənədlər əsasında maksimum 10 0000 USD məbləğində köçürmə edə blər.
Kartdan-karta.
Dünya praktikasında ən çox istifadə edilən pul köçürməsi üsulu kimi tanınan C2C (card to card) prosesi Azərbaycanda da tətbiq edilir. Card to card üsulu vasitəsi ilə ATM və informasiya-ödəniş köşklərindən, eyni zamanda internet-Banking xidmətindən istifadə edərək kartlar arası hesablaşmalar aparmaq mümkündür. Lakin fərqli prosessinq mərkəzinə malik olan kartlarda pul köçürmə prosesi mümkün olmur. Bundan başqa pensiya və müavinət kartları istifadəçiləri bu xidmət növündən yararlana bilmir. Habelə biznes kartlarında da bu məhdudiyyət mövcuddur.
Pul vəsaitini bir kart hesabından digər kart hesabına köçürtmək üçün aşağıdakıları etməlisiniz.
- Plastik kartı ATM-ə daxil etmək
- Xidmətin dilini seçmək
- PİN kodu daxil etmək
- Menyuda Card to Card, kart transfer, “pul köçürmələri“ funskiyasını seçmək
- “Köçürüləcək məbləğin valyutası“ funksiyasını seçmək
- Köçürmələri alan şəxsin kartının son 16 nömrəsini daxil etmək
- Köçürmələri alan şəxsin kartının istifadə müddətini daxil etmək (ay/il)
- Köçürmə məbləğini daxil etmək
- Bütün verilənlərin düzgünlüyünü daxil etmək
- Bütün məlumat bankomatın displeyində əks olunacaq. (Əgər səhvə yol vermisinizsə, , bankomatda “Cancel” düyməsini basın və bütün verilənləri yenidən daxil edin.