Xaricə köçürmələr hansı bankda daha sərfəlidir? | Banco.az

Xaricə köçürmələr hansı bankda daha sərfəlidir?

Elektron ticarətə ƏDV-nin tətbiqi insanları sərfəli yollar axtarmağa sövq edib. Bir çox insan almaq istədiyi məhsulu xaricə tanış və ya qohmuna pul göndərərək almaq fikrinə düşüb. Bəs bu sərfəlidirmi?

Banco.az hesabdan hesaba pul köçürmələri üçün ən sərfəli bankları araşdırıb.

Məlum olduğu kimi, tez-tez istifadə edilən bank xidmətlərindən biri də pul köçürmələridir.Pul köçürməsi əsasən iki yolla həyata keçirilir: təcili pulköçürmə sistemləri vasitəsilə və hesabdan hesaba köçürmə vasitəsilə.

Bax: Ən çox pul köçürmə sistemi olan 8 bank

Hesabdan hesaba nağdsız vəsaitlərin köçürülməsi isə əsasən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemi vasitəsilə həyata keçirilir. SWIFT dünyanın əksər ölkələrində geniş istifadə olunur və ən təhlükəsiz sistemlərdən biri kimi sayılır.

Bu köçürmə necə həyata keçir?

Bank bu əməliyyatı öz müxbir banklarının vasitəsilə həyata keçirir. Belə ki, siz,

  1. Bankınıza yaxınlaşırsınız,
  2. Pul göndərəcəyiniz şəxsin bank hesanın rekvizitlərini bankınıza təqdim edirsiniz
  3. Bankınız köçürmə haqqında olan bu məlumatları öz müxbir bankına ötürür
  4. Müxbir bank isə öz xidmət haqqı müqabilində ödənişi qısa zaman ərzində pulu alan tərəfin bankına çatdırır.

Məbləğ maksimum 3 iş günü ərzində hesaba köçürülür.

Bir şeyi nəzərə almalısınız ki, siz pul göndər köçürməni həyata keçirdiyiniz bank sizdən xidmət haqqı olaraq komisyon haqqı tutur. Cədvələ nəzər salsanız görəcəksiniz ki, tutulan fazilər aşağıdır, lakin minimal məbləğ kifayət qədər çox hesab edilə bilər. Belə ki, əgər siz 100 dollar köçürmək istəsəniz əlavə olaraq 20-30 dollar komisyon haqq ödəməli olacaqsınız. 

Maksimum nə qədər pul göndərmək olar?

Pul köçürmələri üzrə limitlər “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” qaydalarla tənzimlənir.

Əgər pul köçürdüyünüz şəxs birinci dərəcəli qohum(ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər deyilsə və xüsusi bir əsas yoxdursa, gün ərzində təyin olunan limit 1000 USD və ya ekvivalentidir. Əgər pul köçürdüyünüz şəxs birinci dərəcəli şəxsdirsə bu zaman mütləq qaydada qohumluğunuzu təsdiq edən sənədləri (misal üçün, nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.) banka təqdim etməlisiz. Bu halda göndərəcəyiniz 1000 USD-dan çox ola bilər.

Lakin qeyd edək ki, istənilən halda pul köçürməsi üçün bir aylıq limit 10.000 Dolları keçməməlidir.

Aşağıdakı cədvəldə bank hesabı vasitəsilə ölkəxaricinə edilən köçürmələr üzrə tariflərlə tanış ola bilərsiniz. Qeyd edək ki, cədvəldə "hesabın açılması" sütununda xarici valyutada açılan hesabların tarifləri qeyd olunub.

Bank

Xarici Valyuta

Hesabın açılması

AccessBank

 

0,25% (min.15 USD ekv)

Pulsuz

AGBank*

0,15% (min. 25 USD - max. 300 USD)
0,15% (min. 30 EUR - max. 300 EUR)
0,15% (min. 20 GBP - max.200 GBP)

Pulsuz

Amrahbank

0,3% (min. 30 USD - max. 350 USD)
0,3% (min. 30 EUR - max. 350 EUR)

Pulsuz

ASB Bank

0,3% (min. 20 USD - max. 350 USD)
0,3% (min. 25 EUR - max. 350 EUR)
0,3% (min. 40 GBP - max.400 GBP)

Pulsuz

Atabank

0,3% (min. 20 USD - max. 400 USD)
0,3% (min. 30 EUR - max. 400 EUR)
0,4% (min. 50 GBP - max.500 GBP)

Pulsuz

Bank Avrasiya

0.3%(min 15-
max 500 USD/EUR/GBP)

Pulsuz

Bank BTB

0,3% (min. 25 USD/EUR/GBP - max. 300 USD/EUR/GBP)

Pulsuz

Bank of Baku

0,3% (min. 30 USD - max. 300 USD)
0,3% (min. 30 EUR - max. 300 EUR)
0,5% (min. 20 GBP - max.300 GBP)

Pulsuz

Bank Respublika

0,3% (min. 20 USD - max. 300 USD)
0,3% (min. 25 EUR - max. 300 EUR)
0,3% (min. 20 GBP - max.250 GBP)

Pulsuz

Bank Silk Way

0,3% (max. 1000 USD)

Pulsuz

Expressbank

0,3% (min. 20 USD - max. 400 USD)
0,3% (min. 25 EUR - max. 300 EUR)

Pulsuz

Gunay Bank

0.2% (min.30 USD ekv.)

Pulsuz

Kapital Bank

0.3% (30 USD ekv.- 500 USD ekv.)

Pulsuz

Muğanbank

0.2% (min.30 USD/EUR/GBP)

Pulsuz

NBC Bank

0,3% (min.20 USD/EUR/GBP - max. 500 USD/EUR/GBP)

Pulsuz

Nikoil Bank

0,3% (min. 20 USD - max. 300 USD)
0,3% (min. 18 EUR - max. 250 EUR)
0,3% (min. 35 GBP - max. 250 GBP)

Pulsuz

Turanbank

0,3% (min.20 USD ekv. - max. 300 USD ekv.)

Pulsuz

Unibank

0,5% ( (min. 1 USD/EUR) - max. 500 USD/EUR))

Pulsuz

VTB Bank

0,25% (min.25 USD ekv. - max. 250 USD ekv.)

Pulsuz

Xalq Bank

0.3% (min.20 USD - max.300 USD)
0.3% (min.25 EUR - max.300 EUR)

Pulsuz

Yapı Kredi Bank Azərbaycan

0,3% (min.30 USD ekv.)

5 AZN

Rabitəbank

0,3% (min.25 USD/EUR ekv. - max. 400 USD/EUR ekv.)

0.3%(min 25 GBP-max 300 GBP)

10 Azn / pulsuz

AFB Bank

0.3% (min.20 USD - max.400 USD)
0.3% (min.30 EUR - max.400 EUR)
0.3% (min.70 GBP - max.400 GBP)

Pulsuz

Azər Türk Bank

0,3% (min. 20 USD ekv. - maks.
400 USD ekv.)

10 AZN

Beynəlxalq Bank

0.1% (min.1 USD/EUR/GBP - max. 50 USD/EUR/GBP)

Pulsuz

Ən sərfəli kredit üçün müraciət et

SHA* tarif istifadə edildikdə köçürülən məbləğdən müxbir bank tərəfindən 5$-dan 50$-dək məbləğində komissiya tutulur. 0,15% (min 10$ max 150$)