Daşınmaz əmlakın könüllü sığortası üzrə tariflər necədir? - ARAŞDIRMA | Banco.az

Daşınmaz əmlakın könüllü sığortası üzrə tariflər necədir? - ARAŞDIRMA

Daşınmaz əmlak sığortasının iki növü var: icbari və könüllü. Əvvəlki məqaləmizdə icbari daşınma əmlak sığortasından bəhs etdik. Bu məqalədə isə sizə könüllü sığorta haqqınd məlumat verəcəyik. 

Öncə onu qeyd edək ki, əmlakınızı könüllü sığorta etdirmək üçün icbari sığorta mütləqdir. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı ətraflı məlumat linkə keçid etməklə əldə edə bilərsiniz -  Daşınmaz əmlakın icbari sığortası bizə hansı üstünlüklər verir?

Əmlakın icbari sığortası varsa, könüllü sığortaya nə ehtiyac var? Əmlak icbari şəkildə sığorta olunduqda, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər (zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi) və bu kimi hadisələrdən əmlak sığortalanmış olur. Əmlakınızı bunlardan başqa risklərdən sığortalanmaq üçün isə könüllü sığortadan faydalan bilərsiniz.

Könüllü sığortada bu hadisələri sığortaçı ilə sığortaolunan qarşılıqlı razılığı ilə müəyyən olunur. Məsələn, siz əmlakınızı sadəcə yanğından sığortalaya bilərsiniz. Sığortaçı yalnız yanğın hadisəsi baş verdiyi halda, dəyən zərəri ödəyəcəkdir. Lakin bu o demək deyil ki, könüllü sığorta əmlakı digər hadisələrdən sığortalamır. İcbari sığortada adı çəkilən hadisələrdən, eyni zamanda, könüllü şəkildə də sığortalanmaq mümkündür.

Digər səbəb, icbari sığorta məbləği əmlakın bazar dəyərindən asılı olmayaraq, əmlakın yerləşdiyi məntəqəyə uyğun olaraq 15000-25000 AZN aralığında dəyişir. Bundan artıq əmlaka dəyən zərəri könüllü sığorta olmadığı halda, özünüz ödəməli olacaqsınız. Həmçinin icbari sığorta əmlakın özünə dəyən zərəri qarşılayırsa, könüllü sığortada siz əmlakın daxilində olan daşınar əmlakı (ev əşyalarını) da sığortalaya bilərsiniz.

Əmlakı sığorta etdirmək üçün hansı şirkətə müraciət etmək lazımdır? Könüllü daşınmaz əmlak sığortası üzrə tariflər necədir? suallarına cavabı isə aşağıdakı cədvəldə tapacaqsınız.

Sığorta haqları sığorta məbləğindən asılı olaraq dəyişir və illik ödənilir. Sığorta məbləği isə əmlakın yerləşdiyi yerdən, üzləşəcəyi risk dərəcəsindən və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Cədvəldə qeyd olunan tariflər şirkətin sözügedən sığorta üzrə yalnız bir məhsulunu ifadə edir. 

Siyahıda yalnız fiziki şəxslər üçün könüllü daşınmaz əmlak sığortası edən şirkətlər və onların tarifləri qeyd olunub. Bundan əlavə, əmlakı sığortalamaq üçün eyni anda hər iki növ (könüllü və icbari) sığortadan istifadə edə bilərsiniz. Bu zaman isə tariflər dəyişə bilər.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram