Tələb təklifi 3 dəfədən çox üstələyib | Banco.az

Tələb təklifi 3 dəfədən çox üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100457S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 100 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. hərraca 7 investor 9 sifariş təqdim edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 320 429 500 manat təşkil edib. Sifarişlər 99,2278 manat (10,01%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%), səviyyəsində AMB tərəfindən müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 100 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 2 avqust 2017-ci ildir.