Təmassız kartları gələcəyin texnologiyası olduğu üçün seçdik - Leyla Kərimova | Banco.az

Təmassız kartları gələcəyin texnologiyası olduğu üçün seçdik - Leyla Kərimova

Oktyabr ayının əvvələrində daha bir Azərbaycan bankı – Nikoil Bank  təmassız ödəniş kartlarını müştərilərin istifadəsinə verdi.  Bankın bu addımın səbələrini və yeni təmassız kartların müştərilərə hansı üstünlüyü qazandıracağını öyrənmək üçün Bankın kart biznesi departamentinin direktoru Leyla Kərimova ilə görüşdük. Leyla xanım Banco.az-ın suallarını cavablandırdı.

  • Nikoil Bank Azərbaycanda kontaktsız kartları müştərilərinə təklif edən nadir banklar siyahısına düşdü. Azərbaycan bazarında yeni olan bu məhsul hansı faydaları gətirəcək?

Təmassız kartları - gələcəyin texnologiyasi olduğu üçün seçdik. Bu gün, dünyaya nəzər salsaq görərik ki, ən inkişaf etmiş, qabaqcıl ölkələrdə təmassız kartlara üstünlük verirlər, bu onlar üçün artıq standarta çevrilir. İstər xırda ödənişləri etmək üçün, istər də nəqliyyat layihələrində  gediş haqqıları ödəyərkən,   parkinqlərdə və s çox rahat istifadə olunur. Müştərilər üçün əsas üstünlüyü isə yüksək təhlükəsizliyi və ödənişlərin sürətli olmasıdır, istifadə baxımından çox rahatdır.

Müasir təmassız kartlar özündə həm təmaslı, həm də təmassız kartların xüsusiyyətlərini əhatə edirlər. Bu isə o deməkdir ki, kartları yalnız bizim quraşdırdığımız deyil, digər ənənəvi POS-terminallarda da müştərilər rahat istifadə biləcəklər.  

Xırda, 20 AZN-ə qədər ödənişlər gün ərzində PİN koddan istifadə etmən həyata keçirilir.  Bu kartları əldə edib, başqa bir ölkəyə səfər etdikdə siz hər dəfə ayrı ca yol kartları, metroya və ya hər hansı bir parka daxil olmaq üçün tələb olunan digər kartlar alası olmayacaqsınız.

  • Təhlükəsizlik baxımından yeni kart nə vəd edir? Onu ənənəvi kartlardan fərqləndirən əsas özəlliklər hansılardır?

Təmassız kartlar yüksək təhlükəsizliyi ilə seçilir, belə kart sahibi heç vaxt kartı kənar bir şəxsə vermir, onu tranzaksıyanın keçirilməsi zamanı əlindən buraxmır. Əsas üstünlüklərini belə qruplaşdırmaq olar:

  • Sadə və olduqca sürətli, kartı sadəcə terminala yaxınlaşdırıb gözləmək kifayət edir, bundan sonra müvafiq məbləğ hesabdab silinir.
  • Ödəniş etmək üçün kartı kənar şəxslərə ötürmək lazım gəlmir. Onu sadəcə terminalın kart-readerinə minimal məsafəyə yaxınlaşdırmaq tələb olunur.
  •  Bu hərəkətlər smart kartla xidmət müddətini uzatmır.
  • Təmassız kartlar əlavə olaraq maqnit zolağ və elektron təması çipi ilə təchiz olunub.
  • ​​Kartlar ilə yanaşı həm də terminallarını təzələyirsiniz, bu hansı sürətlə baş verir, artıq terminallar istifadəyə verilirmi?

Qeyd etdiyim kimi, təmassız kartların istifadəsi üçün heç də mütləq deyil ki, həmin texnologiya ilə işləyən pos –termianllar quraşdırılsın. Çünki bu kartlar da ikili çip mexanizmi olur və onlardan adi çipli kartlar istifadə olunan terminallarda da istifadə etmək mümkün olur. Lakin, biz öz yeni terminallarımızı da quraşdırmağa başlamışıq. Məsələn, Cafe City, İDEAL və ya LukOil yanacaq doldurma məntəqələrində artıq bizim yeni POS-termianllarımız vardır.  Təmassız Pos-terminalların əsas üstünlükləri bunlardır:

Bu texnologiyanı dətəkləyən Pos termianllar vasitəsi ilə isə kartdan istifdə edərək ani zaman kəsiyində ödənişi etmək mümkündür. Sadəcə kartı ekrana yaxınlaşdırma lazımdır.

  • Ödənişləri daha sürətlə həyata keçirilməsi və kassada növbələrin azalması;
  • Kart isitfadəçiləri tərəfindən nağdsız ödənişlərdən istifadə sayəsində satış həcminin artması
  • Daha yüksək alıcılıq qabiliyyətinə malik kart sahibləri tərəfindən edilən alış-verişlər sayəsində  satış həcminin artması;
  • Kassada nağd vəsaitlərin qəbulu və sayılması ilə bağlı iş yükünün azalması;
  • Nağd vəsaitlərin inkassasiyasına ehtiyacın azalması;
  • Nağd vəsaitlərin qəbulu, saxlanması və daşınması ilə bağlı risklərin azaldılması
  • Müştərilərə qalıq vəsaiti qaytarmaqdan ötrü, xırda nominallı əskinazlara və dəmir pullara ehtiyacın azalması
  • Kassada saxta əskinazların qəbul edilməsi risklərinin azalması
  • Kartların istifadəsi hansı məkanlarda mümkün olacaq?  Sizcə bu kartlara daha çox kimlər üstünlük verəcək?

Dünya təcrübəsində təmassız kartlar əsasən insan izdihamının, növbələrin sıx-sıx müşahidə olunduğu, yəni alıcı tezliyinin yüksək olduğu sektorlarda istifadə olunur.  Bu sırada qeyd etmək olar : Nəqliyyat (metro, avtobus, qatarlar), supermarketlər və hipermarketlər); böyük geyim dükanları, sürətli qıdalanma restoranları (KFC, MC Donalds); hər hansı bir xidmətlərin ödənməsi (kommunal, sığorta və s.

Yeni kartlar daha çox gənclər və xaricə tez-tez səfər edənlər üçün maraqlı olacaq, belə ki, məhz həmin insanlar dinamik həyat tərzinə daha çox üstülük verir.  Təmassız kartlar isə məhz həmin çevikliyi təmin edə bilir.

  • Təmassız kartların istifadəyə verilməsi nağdsız ödənişlərə keçidi sürətləndirəcəkmi?

Gördüyünüz kimi bazarda nağdsız ödənişlərin artması istiqamətində irəliləyişlər var, həmçinin Cənab prezidentin də bununla bağlı sərəncamı olmuşdur. Amma nağdsız ödənişlərin artmasında taksit kartların populyarlaşması da böyük rol oynayıb. Müştərilər artıq yenilənmiş Tele Kartı-da filiallarımızdan əldə edə bilər.  Belə də banklar bir çox satış məntəqlərində öz pos-terminallarını yerləşdirirlər, o cümlədən biz də buna çalışırıq. Düşünürük ki,  təmassız kartlar nağdsız ödənişlərə marağı bir az da artıracaq. 

  • Müştərilər kartları necə əldə edə bilər?  Onlar əvvəlki kartlarını dəyişdirməlidir?

Müştərilər yeni kartları bankımızın filiallarına yaxınlaşaraq əldə edə və ya onlayn şəkildə sayta daxil olmaqla sifariş edə bilər.

İsifadəçilər sahib olduqları kartları öz istəklərinə əsasən dəyişə bilər, hazırda biz kartların dəyişdirilməsini deyil, sadəcə yeni müraciətçilərə təklif edilməsi üçün nəzərdə tutmuşuq. Əvvəki kartlarımız artıq başa çatmışdı və yeni sifariş etmək lazım idi və qərara gəldik ki, təmassız kartlara keçid edək. Bundan ötrü həm Visa, həm də MasterCard tərəfindən tələb olunan lazımı sertifikatlaşma mərhələlərindən də keçdik, hansı ki, təhlükəsizliyin yüksək dərəcədə təmin olunması baxımından bu sertifikatlar çox mühimdir.

  • Bazarda təmassız kartlar təklif edən  bankların sayı çox azdır, Sizcə bu nə ilə bağlıdır?

Təmassız kartlar digərləri ilə müqayisədə daha baha başa gəlir, çünki daxilində dual (ikili) çip vardır və o, ödənişin həm tamaslı, həm də təmassız tərəfinə görə məsuliyyət daşıyır. Ona görə də kartın hazırlanması nisbətən baha  alınır. Həmçinin  onların sertifikatlaşa proseslərindən (həm Visa, həm də MasterCard tərəfindən tələb olunur) keçmək bir az vaxt və əlavə səylər tələb edir.

  • İlin sonuna kimi, Nikoil Bankdan daha hansı yenilikləri gözləmək olar?

İlin sonuna bir çox yeni aksiyalar keçirmək planımızda var, artıq biz neçə istiqamətdə layihələr hazırlayırıq. Bundan ötrü bir çox statistik araşdırmalar aparılır, onların nəticələrinə baxıb qərar verəcəyik.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et