Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı BMW mühərrikin işə salma sistemində aşkar edilən texniki nasazlıq səbəbindən ABŞ-da 29 mindən çox avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Məlumata görə, starter mühərrik rölesində zamanla yaranan korroziya həddindən artıq istiləşməyə və qısaqapanmaya səbəb ola bilər. Bu isə avtomobillərdə yanğın riskini artırır.
Geri çağırılma "530e xDrive", "740Le xDrive" və BMW-nin"iPerformance" seriyasına aid bəzi modelləri əhatə edir.
NHTSA bildirib ki, problemin aradan qaldırılması üçün səlahiyyətli BMW dilerləri avtomobillərin mühərrikin işə salma sistemini avtomobil sahibləri üçün ödənişsiz dəyişdirəcəklər.
