Azərbaycan investorları Türkiyə üzərindən Afrika və Yaxın Şərq bazarlarına, eləcə də Gömrük İttifaqı çərçivəsində Avropa İttifaqının 27 ölkəsinin bazarlarına daha rahat çıxış imkanına malikdirlər.
Bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.
