Azərbaycanda süni intellekt üzrə beynəlxalq standartlar qəbul olunmalıdır.
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka – insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.
