Banco.az | Tezliklə

Elektron ticarət iştirakçılarının qeydiyyatı məcburi olacaq

Qeyri-rezident elektron ticarət iştirakçılarının məcburi qeydiyyata alınması nəzərdə tutulur.

Banco.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Çingiz Musayev Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.

Azərbaycanca

POS-terminal tariflərinin azaldılması təklif olunur

POS-terminallardan istifadəyə görə yüksək tariflər sahibkarların xərclərini artırır və nağdsız hesablaşmaların genişlənməsinə mane olur.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.

Azərbaycanca

ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Banco.az  Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 3 milyard 841 milyon ABŞ dolları və yaxud 5,5 % çoxdur.

Azərbaycanca

ARDNF III rübdə də qızıl satmayıb

Bu ilin III rübündə də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl satmayıb və qızıl ehtiyatlarını 178,1 ton saxlayıb.

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Azərbaycanca

Mobil telefonlar da POS-terminal sayılacaq

Mobil telefonlar da POS-terminal sayılacaq.

Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Azərbaycanca

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm"... Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imkan sayəsində müntəzəm ödənişləri bir dəfə təyin edib, qalanını mobil tətbiqə həvalə etmək mümkündür.

İstifadəçilərə iki rahat seçim təqdim edilir:

Azərbaycanca

Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq

Azərbaycanda dövlət qurumlarında süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər hazırlanır.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Azərbaycanca

RABİTƏBANK VISANIN DƏSTƏYİ İLƏ GAMER TURNİRİ KEÇİRƏCƏK

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşüncə və rəqabət atmosferini özündə birləşdirən xüsusi platforma təqdim edəcək.

Azərbaycanca

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.

Azərbaycanca

Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.

Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous …
91 92 93 94 95 96 97 98 99 …
last »