Banco.az | Tezliklə

Kinosevərlər üçün bu kartlar daha sərfəlidir – Keşbek faizləri

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Bəzi banklar filmsevərlər üçün yüksək faizli keşbek kateqoriyaları təqdim edirlər. Bunlar AccessBank, Yelo Bank və Rabitəbank-dır. Ən yüksək faizi Yelo Bank təklif edir. Bank Standart paket üzrə 15%, Parlaq paketi üzrə isə 20% keşbek təqdim edir. 

Azərbaycanca

Məcəllə dəyişir - analıq məzuniyyəti ilə bağlı yenilik olacaq

Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.

Azərbaycanca

Kredit götürənlər işsiz qalmaqdan sığortalanacaqlar – Bu mexanizmin hansı üstünlükləri olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır. Bu, vətandaşların işsizlik zamanı bank qarşısında öhdəliklərinin yüngülləşməsinə gətirib çıxaracaq. 

Azərbaycanca

Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.

Azərbaycanca

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 11 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 295,6 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə real ifadədə 10,6 % çoxdur.

Azərbaycanca

Azərbaycana Yaxın Şərqdən turist axını 9 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 253 507 turist ziyarət edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 93 060 nəfər. Bu da 1 il əvvələ nisbətən 4,4 % azdır.

Azərbaycanca

Azərbaycanda 20 sentyabrda iş olmayacaq

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.

Azərbaycanca

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək.

Bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Azərbaycanca

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (Yanvar-noyabr, 2025)

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bakı Fond Birjası" QSC 2025-ci ilin yanvar-noyabr ayları üçün üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »