Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Qızıl Şurası qızılın qiymətinin yüksələcəyini gözləyir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Qızıl Şurası qızılın qiymətinin yüksələcəyini gözləyir.
Qlobal maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı 2025-ci ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərini elan edib. Azərbaycan üzrə “İlin bankı” mükafatını ABB qazanıb. Londonda keçirilən təntənəli mərasimdə mükafat ABB-yə təqdim olunub.
“The Banker” jurnalı 2021-ci ildən bəri ardıcıl olaraq 5 ildir ki, Azərbaycan üzrə “İlin bankı” məhz ABB-ni seçir.
Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Hazırda 4 bank Temu və Trendyol ödənişlərinə keşbek qazandırır. Bunlar Azər Türk Bank, Yelo Bank, Unibank və Bank of Baku-dur. Ən yüksək faiz 6%-lə Unibank-dadır. 6%-i isə Premium mərhələsinə keçdikdən sonra qazanmaq mümkündür. Digər banklarda faizlər 2-5% arasında dəyişir.
Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib. Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.
Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5 %-ə endirilə bilər.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2 milyard 164,022 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Türkiyənin Ticarət Nazirliyi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 6,1 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Banka yerləşdirdiyimiz dollar depozitindən gəlirin əldə olunması manat əmanətlərində olduğu kimidir. Lakin dollar əmanətlərinin faizləri manatla müqayisədə aşağıdır.
Hesablama Palatası İslam İnkişaf Bankı (IDB) ilə qarşılıqlı əməkdaşlıq üzrə mövcud imkanları müzakirə edib və gələcək əməkdaşlıq əlaqələrinin formalaşdırılması istiqamətində ilkin addımları müəyyən ediblər.
Bu barədə Palata xəbər verir.