Banco.az | Tezliklə

Azərbaycanda 11 ayda içki və tütün məhsullarına 2.4 mlrd. manat vəsait xərclənib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 2 milyard 408.8 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2.5% çoxdur.

Azərbaycanca

Azərbaycanın ticarət balansındakı qalıq (profisit) oktyabrda azalıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət balansında nəticədə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb. Halbuki, bu ilk doqquz aya qədər 1 milyard 864.7 milyon dollar idi.

Banco.az bunu Dövlət Statistika Komitəsi xəbər verir.

Azərbaycanca

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 17 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 127,1 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,25 % çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir.

Azərbaycanca

IEA qlobal neftin təklifi ilə bağlı gözləntilərini azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün ortalama gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilir.

Azərbaycanca

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin noyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel səviyyəsində olub.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, noyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı oktyabr ayının göstəricisinə bərabərdir.

Azərbaycanca

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsi xəbər verir.

Azərbaycanca

Milli Süni İntellekt Mərkəzi data mərkəzi qurur

Milli Süni İntellekt Mərkəzi data mərkəzinin qurulmasına start verib.

Bunu Mərkəzin rəsmisi İbrahim Süleymanov Bakıda keçirilən "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" adlı tədbirdə bildirib.

Azərbaycanca

Azərbaycanda əhalinin yanacaq xərcləri 7%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 521,3 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsi verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,7% üstələyib.

Azərbaycanca

"Fitch": Qafqaz ölkələrində iqtisadi artım yüksəkdir, geosiyası risklər isə davam edir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı il üçün Qafqaz regionunda iqtisadi artımın yüksək olacağını, lakin geosiyasi və valyuta risklərinin davam edəcəyini açıqlayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »