Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti xəbər verir.
Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Deutsche Bank", "Goldman Sachs Group" və digər "Wall Street" bankları Fed-in faiz dərəcələrini azaltmağa davam etməsi səbəbindən ABŞ dollarının gələn il yenidən düşəcəyini proqnozlaşdırırlar.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 80 milyard 747,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,7 % artaraq 7 883 manata çatıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 815.0 kiloqramı qızılın, 3 505.5 kiloqramı isə gümüşün payına düşüb.
Unibank biznesinə əlavə sərmayə qoymaq, yeni ilə daha güclü başlamaq istəyən sahibkarlar üçün “Payız endirimi” kampaniyasının müddətini uzadıb. Ölkədə mikro sahibkarlığın inkişafına dəstək üçün keçirilən kampaniya ilin sonunadək davam edəcək. Sahibkarlar 50 000 AZN-dək mikro kreditlər üzrə təqdim edilən dörd fərqli güzəşt paketindən birini seçərək, bizneslərini daha sərfəli maliyyələşdirmə şansı əldə edirlər.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" proqramı (Green Economy Financing Facility - GEFF) üçün 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayrılmasını təsdiqləyib.
GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə "yaşıl maliyyələşdirmə"ni dəstəkləməyə yönəlmiş beşillik layihədir.
Azərbaycan və ABŞ yeni layihələr kontekstində iki ölkə arasında enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparıb.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda oktyabrda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi ödəniş kartları vasitəsilə 12 milyard 874 milyon manatlıq əməliyyat həyata keçirilib.
Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 10 fevral 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.