Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.
Banco.az nazirliyə istinadən xəbər verir ki, bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib.
