Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq noyabr ayında proqnozları üstələyib.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq noyabr ayında proqnozları üstələyib.
Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Rabitəbank “Yeni il” əmanət kampaniyasına start verib. Bank müştərilərinin daha sərfəli şərtlərlə gəlir əldə etməsi üçün əmanət məhsullarının şərtlərini yeniləyərək “Yeni il” kampaniyasına start verib. Kampaniya çərçivəsində banka yerləşdirilən əmanətlər ilk aydan qazanc gətirməklə yanaşı, hər ay faiz dərəcəsi artaraq 9.5%-ə qədər yüksəlir. Bu isə müştərilərə qısa müddətdə daha yüksək gəlir əldə etmək imkanı yaradır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 44 milyard 589 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 480 milyon dollar və ya 3,4% çoxdur.
Yeni ildən kreditlərinizi daha sərfəli şərtlərlə ödəmək istəyirsinizsə, “Unibank”ın Yeni il kampaniyası sizə ünvanlanıb. Kreditlərinizi 0 % komissiya və üstəlik 2 % endirimlə bir ünvanda birləşdirmək üçün Unibank sizə əla fürsət yaradıb. Dekabrın sonunadək digər banklardakı kreditlərini “Unibank”a gətirən müştərilər, nağd kreditini komissiyasız rəsmiləşdirməklə yanaşı, illik faiz dərəcəsinə 2 % endirim əldə edir və ayda cəmi bir dəfə ödəniş etmək imkanı qazanırlar.
AccessBank QSC Workstation 2026 üzrə tender elan edir
AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, tender Workstation 2026 üzrə elan olunub.
Ölkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir. Belə ki, 16 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində Birbank Visa kart sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da pərakəndə satışlar gözləntilərin əksinə olaraq sabit qalıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 736 ədəd minik avtomobili istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 min 489 ədəd və ya 28,5 % azdır. Nəticədə bu il dekabrın 1-nə 166 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Azərbaycan və Pakistan banklarının ofislərinin açılması ikitərəfli ticarət-investisiya gündəliyinin həyata keçirilməsi üçün mühüm mexanizm ola bilər.
Bunu Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb deyib.