Parabank ASC 2014-2016-ci illərin strateji inkişaf planına əsasən yeni filialların açılmasını davam edir.
Parabank yeni filialları üçün kütləvi vakansiyalar elan edir
Parabank ASC 2014-2016-ci illərin strateji inkişaf planına əsasən yeni filialların açılmasını davam edir.
Bu gün sentyabrın 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,14 dollar yaxud 0,30% ucuzlaşaraq 45,09 dollar/barel təşkil edib.
"Brent" markalı neft də 0,14 dollar və ya 0,29% bahalaşaraq 48,37 dollar/barelə yüksəlib.
Onlar dövlətçiliyimizin sütunlarından, ölkəmizdə sabitliyin təminatçılarındandır. Dövlətçilik maraqlarının qorunmasında əvəzsiz xidməti olanların- prokurorluq işçilərinin peşə bayramıdır. Unibank 1 oktyabr peşə bayramları münasibəti ilə bütün prokurorluq sistemində çalışanları təbrik edir və prokurorluq işçiləri üçün ALBALI PLUS kartlarını pulsuz verir.
Senytabr ayında neftin qiymət hərəkətinə nəzər salsaq, çox maraqlı ziq-zaq şəkilli təsvirin yarandığının şahidi olarıq, bu ay ərzində neftin qiyməti xeyli tərəddüd etsə də ümumi tendensiya qiymətin aşağı getdiyini göstərir. Belə ki, əgər avqustun 31-də WTI markalı neftin bir bareli 49.20 dollara olmuşdursa, sentyabrın 30-na bu göstərici 44.73 dollar təşkil edir.
Asiya ölkələrinin milli valyutaları son 17 ilin ən çətin rüblük dövrünü keçirir. Banco.az "Report"a istinadən xəbər verir ki, bu ölkələrin milli valyutaları 1997-1998-ci illərin Asiya maliyyə böhranından bu tərəfə ən yüksək rüblük zəifləmə ilə üzləşib. Milli valyutalar Çinin yuanı devalvasiya etməsi və Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq planları səbəbindən kəskin devalvasiyaya məruz qalıb.
Azərbaycanda icbari avtosığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığortası sahəsində polislərin elektron şəkildə verilməsi ilə bağlı təkliflər artıq parlamentə göndərilib.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində məcmu mədaxilin strukturunda vergi daxilolmalarının xüsusi çəkisi 2015-ci ilin analoji proqnozuna nisbətən 9 faiz bəndi, gözlənilən icraya nisbətən isə 4 faiz bəndi artaraq 45%-ə çatacağı gözlənilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2015-ci il üzrə fondun fəaliyyətinin auditor yoxlaması xidmətinin satınalma proseduru keçirilir.
Böyük Britaniya onlayn ödənişlərin qəbulu servisinin baş icraçı direktoru Saymon Bleyk, kağız pulların gələcəyi ilə bağlı proqnoz verib. Ekspertin şərhlərini qısa şəkildə belə formalaşdırmaq olar.
Onların sayılı günləri qalıb