Sizcə işə qəbul ediləcək işçiinin biliyindən başqa onun şəxsi və əxlaqi keyfiyyətlərinin şirkət üçün hansı əhəmiyyəti var?
Peşəkarlıq və şəxsi keyfiyyətlər
Sizcə işə qəbul ediləcək işçiinin biliyindən başqa onun şəxsi və əxlaqi keyfiyyətlərinin şirkət üçün hansı əhəmiyyəti var?
Azərbaycanda 2016-2019-cu illər ərzində qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədi ilə iri dövlət müəssisə və şirkətlər tərəfindən fond bazarı vasitəsilə sərmayənin cəlb edilməsi və bu qiymətli kağızlarla ticarətin təmin edilməsi nəzərdə tutulur.
Bəzən aylarla hansısa yeni filmin anonsu gedir və ona baxanda görürsən ki, elə bütün hər şeyi treylerdə göstəriblər ki. Rahatca Everest filminin treylerini sizinlə paylaşaraq demək istəyirəm ki, bu kinoya baxıb belə şeylər fikirləşməyə vaxtınız olmayacaq. Səbəb isə odur ki, kino çox emosional kinodur, sadəcə tək-tük rasional adamlar filmə baxdıqdan sonra deyəcək ki, filan kino məni daha çox ağlatmışdı:
“AtaBank” ASC Korporativ Sosial Məsuliyyəti layihələri çərçivəsində 2015-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirmişdir. Buzovna qəsəbəsində 3 saylı uşaq internat-evində Qurban Bayramıgünlərində internat evinin şagirdləri üçünmüxtəlif viktorina və müsabiqələrlə bayram şənliyi təşkil edilmişdir. Qurban Bayramı tədbirinə bank tərəfindən müğənnilər, klounlar dəvət olunmuşdur.
Hazırda Unibank-ın kartlarının sayı 515 minə yaxındır. Bank, kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaratdı. Unibank kartına sahib olanlar, qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Mərkəzin fəaliyyətə başlaması ilə kart sahiblərinə xidmətdə ciddi yeniliklər vəd edən Unibank “Kart Prossesinq Mərkəzi”ni yaradılmasına 1 milyon USD sərmayə qoyulub.
Banco.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, 28 sentyabr 2015-ci il tarixində, "HolidayInn Baku" hotelinin Bakı zalında Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısının açılış mərasimi keçirilib.
Hüquqşünas, Əkrəm Həsənov: "Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə, girov predmeti dərhal “batır”. Halbuki, bu, qanunvericiliyə ziddir. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər.
Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti 24 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.
Bolkart Gənc – yenilənmiş Bolkartın təqdim etdiyi beş kartdan biridir.
Hədəf seqmenti 18-27 yaş arası gənclərdir.
Kartın balansı 300-3000 AZN arasında dəyişir.
Azərbaycan neftinin qiyməti artıb.
London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,23 dollar və ya 0,46% artaraq 49,75 dollar təşkil edib.