2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz bildirib.
2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz bildirib.
4 noyabr 2015-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının ofisində “Sığorta dələduzluğu” və “Tibbi sığortada dələduzluq” mövzusunda seminar keçirilib. Seminarda təqdimatla çıxış edən “IBM” şirkətinin analitik satış lideri Andrey Larşin və “HITURE” şirkətinin nümayəndəsi Faruq Muğanlinski seminar iştirakçılarına müasir texnologiyalardan istifadə etməklə sığorta dələduzluğunun və tibbi sığortada dələduzluğun qarşısının alınması üsullarından bəhs ediblər.
Banco.az xəbər verir ki, 03 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) lisenziyalaşdırma prosesinin optimallaşdırılması və sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına həsr olunmuş Kollegiya iclası keçirilib.
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.
Dekabrın 4-də "Bank Technique" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin rəsmi qəzetdə dərc olunan elanında bildirilir.
Son aylar ərzində Azərbaycan bank sektorunda və xüsusən də pərakəndə bankçılıqda Azərbaycan manatının devalvasiyasının yaratdığı ciddi problemlər özünü büruzə verməkdədir. Pərakəndə sektorun əvvəlki qədər gəlirli və cəlbedici olmaması bankları yeni müştəri seqmenti axtarmağa, yeni məhsullar və xidmətlər yaratmağa sövq edir. Belə müştəri seqmentlərindən biri isə zəngin insanlar, onlara təklif edilən xidmət isə “private banking” ola bilər.
Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.
Amerika fond bazarında Dow Jones indeksi 0,50% - 17 918,15 bəndədək, S&P 500 0,27% - 2 109,79 bəndədək, NASDAQ 0,35% - 5 145,13 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% - 6 383,61 bəndədək, Almaniya DAX-ı isə 0,00% - 10 951,15 bəndədək, Fransa CAC-40-ı 0,41% - 4 936,18 bəndədək bahalaşıb.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,99 dollar yaxud 2,01% bahalaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,19 dollara bərabərdir.