Dünya bazarında qızılın qiyməti 1 000 ABŞ dolları/unsiya səviyyəsinə düşə bilər. Banco.az "Report"a istinadən xəbər verir ki, qızılın ucuzlaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artırması ehtimalı göstərilir. Belə ki, oktyabrda keçirilən iclasda FES dekabr ayında faizlərin artırılması üçün müəyyən siqnallar verib.
Qızıl sürətlə ucuzlaşacaq