Banco.az | Tezliklə

Azərbaycanda 3 müflisləşmiş bankın kompensasiyalarının ilkin məbləği açıqlanıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müflisləşən 3 bankda əmanətlərin qaytarılması üçün ödəyəcəyi kompensasiyaların ilkin həcmi 28,83 milyon manat təşkil edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Azərbaycanca

Mərkəzi Bank 3 banka 31 mln. dollar satıb

Fevralın 3-də Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

Mərkəzi Bank-dan Trend-ə verilən məlumata görə, hərracda iştirak edən 3 bank tərəfindən məcmu tələb 31 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.

Azərbaycanca

PAŞA Sığorta şirkəti gənclər gününü gənclərlə birlikdə qeyd etdi

PAŞA Sığorta şirkətinin əməkdaşları  1-2 fevral tarixlərində “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində İB Club gənclər təşkilatı ilə birgə “Sığorta işinin əsasları və Korporativ İdarəetmə” mövzusunda  təlimlərkeçirmişdilər.

Azərbaycanca

Bank VTB (Azərbaycan)-ın “Müştəriyə dəstək” güzəşt proqramına böyük tələbat müşahidə olunur

Bank VTB (Azərbaycan)-ın “Müştəriyə dəstək” güzəşt proqramı müştərilər arasında ciddi marağa səbəb olub. Bankın idarə heyətinin sədri YuriYakovlevin sözlərinə görə, “Müştəriyə dəstək” proqramı üzrə bankahər gün 100-ə yaxın müraciət daxil olur.

Azərbaycanca

Bağlanan "Gəncəbank"ın 378 əmanətçisi kompensasiya alacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək.

Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Azərbaycanca

Mərkəzi Bank: "NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalayıb

"NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalayıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.

Azərbaycanca

“AtaBank” ASC-dən mobil danışıq dəqiqələri hədiyyə

“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir.Aksiyanın şərtlərinə əsasən “AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan  5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur.

Azərbaycanca

Expressbank komissiyanı ləğv etdi

Expressbank pul köçürməsi edən müştəriləri sevindirməkdə davam edir. Filiallarda pul köçürməsi edən müştərilər Zolotaya Korona sisteminin “Tarif 0%“ aksiyasına qoşula bilərlər. Aksiyanın şərtlərinə görə, Expressbank filiallarından bu sistem vasitəsilə MDB ölkələrinə pul göndərən şəxslərdən komissiya tutulmur. Müştərilər kassada pulu manatla ödəyə bilərlər, xaricdə pulu alan isə ABŞ dolları və ya rubl ilə ala bilər.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »