Dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı “15 il birlikdə” kampaniyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
Finca Azerbaijan 150 mininci müştərisini mükafatlandırmışdır
Dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı “15 il birlikdə” kampaniyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
“Bank Technique” ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib.
Xatırladaq ki, bir il bundan əvvəl, 2012-ci ilin dekabr ayının son ongünlüyündə, yeni inkişaf konsepsiyasına uyğun olaraq, Bankın yeni saytı istifadəyə verilmişdi və hazırkı yenilənmə də məhz bu tarixə təsadüf edir.
Unibank bu il xidmət şəbəkəsini daha da genişləndirdi. Müştərilərinə daha yüksək səviyyədə və geniş ofisdə xidmət göstərmək üçün ilin əvvəlində bankın 2 filialı- “Əcəmi” və 14 saylı filial (“Beşmərtəbə”) yeni ünvana köçərək, daha yaxın oldu. 2013-cü ildə xidmət məntəqələrini həm paytaxt, həm də bölgələrdə genişləndirən Unibank, 4 yeni filialı ilə müştərilərinə xidmət dairəsini daha da genişləndirdi.
“Bank of Baku” 31 dekabr 2013-cü il –1,2,3,5, 6 yanvar 2014-ci il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir. Lakin müştərilərin artan tələbatını nəzərə alan“Bank of Baku” bildirir ki, 4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar tam iş günü olmaqla vətəndaşların xidmətində olacaq:
Bir neçə beynəlxalq təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edən "ASB" artıq "Monex" ilə iş birliyinə başlayıb.
Azərbaycan Sənaye Bankı “Monex” təcili pul köçürmə sisteminə qoşulmaqla, bankda ölkədaxili pul köçürmələrin sayını artırdı.
Müştərilərə daha çevik xidmət göstərmək məqsədi ilə paytaxt Bakıda “Bank of Baku”-nun yeni filialı fəaliyyətə başlayıb.
Bank VTB (Azərbaycan) ASC-nin istehlak kreditləri üzrə portfeli 2013-cü il dekabrın 1-nə 86 425,7 min manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 % artaraq 167 346,2 min. manat təşkil etmişdir.
Bank VTB (Azərbaycan) dekabrın 26-da kredit üzrə on mininci müştərisi olan Yaqubov Vüqar Əjdər oğlunu qiymətli hədiyyələrlə təltif etmişdir. Belə ki, V.Yaqubova LG markalı televizor, "on minici müştəri" sertifikatı, 2 000 manat kredit limiti olan "Gold" səviyyəli kredit kartı təqdim olunmuşdur.