Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Vaxtaşırı olaraq müştərilərini yeni innovativ məhsul və xidmətləri ilə sevindirən Azər Türk Bank MasterCard PayPass təmassız ödəniş kartlarını təqdim edir. Müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə tətbiq olunan bu yenilik Bankın bu növ kart sahiblərinə MasterCard PayPass loqotipi ilə təchiz olunmuş POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq.
“Hazırda bankların nizamnamə kapitalının artırılması günün tələbindən doğur. Banklara əhalinin inamının artırılması, depozitorların mənafeyinin qorunması baxımından bankların kapitallaşmaya olan meyilinin artması başadüşüləndir.
“AtaBank” ASC cari ilin 1-ci yarımilliyi üçün maliyyə göstəricilərini açıqladı.
Bankın web saytında yayımladığı “Balans hesabatı”na əsasən bankın sözügedən dövrdə aktivləri 486 milyon 749 min manat olub.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Nikoil Bank" ASC-nin Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Cəlal Nağıyev gətirilib.
Azərbaycan iqtisadiyyatında bu ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,60 dollar və yaxud 3,53% bahalaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,88 dollara bərabər olub.
Azərbaycan Mərkəzi Bankı 12 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6102 manat təşkil edir.
Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtomobillərin könüllü sığortasından 11,373 mln. manat sığorta haqqı toplayıb, sığortaçıların kasko sığortasına görə ödənişi isə 7,472 mln. manat olub. Yəni, sığorta şirkətləri könüllü avtosığortadan qazandıqları hər 100 manatın 65,6 manatını müştərilərə geri qaytarıb. Halbuki, 2015-ci ilin eyni dövründə bu nisbət 77,3% olub. Bir il bundan əvvəl kasko sığortasından daxilolmalar 15,747 mln.