Hazırda məsafədən işi tənzimləyən xüsusi tələblər nəzərdə tutulmayıb, lakin bu mövzu COVID-19 pandemiyası dövründə olduğu kimi yenidən aktuallaşa bilər.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.
