2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 1357,5 manat olub.
Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb
2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 1357,5 manat olub.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Banco.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılıb.
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında geyim istehsalı azalıb. Belə ki, ötən 11 ayda 160,9 milyon manat dəyərində geyim istehsal edilib.
Çinin Cənubi Qafqaz regionundakı birbaşa xarici investisiya (BXİ) portfeli son on ildə 2,5 dəfə artaraq 2025-ci ilin ilk yarısında 690 mln. ABŞ dollarına çatıb. Bu investisiyaların təxminən 60%-i Azərbaycana, 40%-i isə Gürcüstana yönəlib.
Bu barədə Avrasiya İnkişaf Bankından (EDB) bildirilib.
“Qızıl Seçim” lotereyasının 1-ci tirajına sayılı günlər qaldı
Yeni il yaxınlaşır və Bakıda qeyri-adi bir hərəkətlilik var. Şaxta Baba artıq şəhərdədir. Marallar istirahətdədir, sehrli xizək isə bu dəfə park edilib. Çünki Şaxta Babanın bu il başqa bir planı var — avtomobil və ya qızıl külçə qazanmaq!
Müəllif: Gülnar Əhmədli, Banco.az
Portuqaliya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 430 milyon 731 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 200 milyon 438 min dollar və ya 31,8% azdır.
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 29-da 349 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə TAP-ın elektron platforması xəbər verir.