Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir. Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 mln. manat və ya 2,07% artıb.
Azərbaycanda problemli kreditlərin həcmi rekord həddə çatıb