Banco.az | Tezliklə

Rüfət Aslanlı: "Valyuta kreditlərinin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır"

İpoteka kreditləşməsi ilə bağlı hökumətdaxili müzakirələr yekunlaşmaq üzrədir

Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. "Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Azərbaycanca

Hansı bankda manat əmanəti daha sərfəlidir? (May 2016)

Banco.az olaraq, bankların may ayında təklif etdikləri sərfəli manat əmanətlərini təqdim edirik.

May ayının dollar əmanətləri ilə bağlı araşdırmaya buradan baxa bilərsiniz.

Azərbaycanca

Azərbaycan bankları mənfəət vergisindən azad edə bilər

Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad edilə bilər. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib: "Banklar belə bir məsələ qaldırıb. Bu təklifə hökumətdə baxıla bilər".

Azərbaycanca

Azərbaycan ipoteka qanunvericiliyini dəyişir

AMB sədri Elman Rüstəmov artıq bununla bağlı ilkin qərarın qəbul olunduğunu bildirib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (10.05.2016)

Azərbaycan Mərkəzi Bankı 10 may tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, mayın 10-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5094 manat təşkil edir.

Avronun məzənnəsi isə 1,7168 manat təşkil edir.

Azərbaycanca

Mərkəzi Bankın sədrindən açıqlama

Elman Rüstəmov ilin sonuna qədər manatın məzənnəsi ilə bağlı proqnozlarını açıqladı

Manat ilin sonuna qədər sabit məzənnədə olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib: "Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur".

Azərbaycanca

Həftənin maraqlı xəbərləri (02.05.16-06.05.16)

Ölkəmizin maliyyə dünyasında baş verənlərin qısa xülasəsini sizlərə təqdim edirik.

Həftəyə nəzər salaq.

Azərbaycanca

NIKOIL | Bank Böyük Vətən Müharibəsi veteranlarını təbrik etdi

Faşizm üzərində Qələbə günü şərəfinə NIKOIL | Bank -nkollektivi bir sıra xeyriyyə və sosial tədbirləri həyata keçirmişdir. Bankın maliyyə dəstəyi ilə Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində  "Dinamiks" vokal ansamblının  "Oxu əsgər, öz əsgər yolun haqqında" adlıqastrol konsertinə start  verildi. Konsert aprelin 27-dən mayın 15-dək davam edəcək və Bakı şəhəridaxil olmaqla Azərbaycanın bir sıra şəhər və regionlarında keçiriləcəkdir.

Azərbaycanca

Mayın 10-na manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların mayın 10-na rəsmi məzənnəsini 1,5094 AZN/USD səviyyəsində təsdiq edib.

Qeyd edək ki, mayın 6-da ABŞ dollarının rəsmi məzənnəsi 1,5100 AZN/USD səviyyəsində olub.

Azərbaycanca

Kredit Reyestri Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçdi

Daha əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) nəzdində fəaliyyət göstərmiş Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə keçib. Bunu Trend-ə AMB-dən deyiblər.

Kredit Reyestri bu həftə Palatanın nəzarətinə keçib. Reyestrə Elçin Həbibov başçılıq edir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »