Banco.az | Tezliklə

Oktyabrın 31-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 31.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6381 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, oktyabrın 28-də USD/AZN rəsmi məzənnəsi 1,6381 səviyyəsində olub.

Azərbaycanca

Kanadalı səfir yeni əməkdaşlıq imkanları arayır

Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuter  Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər)  Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasındakı  iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib.

Azərbaycanca

Sahibkarlara 124 mln. manata yaxın güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Azərbaycanca

Rusiya uçot dərəcəsini sabit saxlayıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün, oktyabrın 28-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib və 10% səviyyəsində təsdiq edib. 

Rusiya Bankından verilən açıqlamada qəbul olunan qərarın ölkədəki inflyasiyanın dinamikası və iqtisadi aktivliyi ilə bağlı proqnozlara uyğun olduğu bildirilib. 

Azərbaycanca

Bank of Baku “Banklararası Breyn Rinq Çempionatı”nın Qalibi oldu!

Bank of Baku, 28 oktyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan Banklararası Breyn Rinq Çempionatının qalibi oldu.

Azərbaycanca

Bankın departament direktoru işdən çıxıb

"AFB Bank" ASC-nin Kredit Departamentinin direktoru işdən çıxıb. Bankdan  verilən məlumata görə, söhbət Yaşar İsmayılovdan gedir. Onun yerinə hələ ki, təyinat olmayıb.

Azərbaycanca

"Smartfon ən sevimli cihaza çevrilir"

“Mastercard” şirkəıtinin innovasiyaların təsiri haqqında apardığı tədqiqat bütün sahələrdə rəqəmsal texnologiyaların getdikcə artan rolunu ortaya çıxarıb. Araşdırmada Avropa, Afrika və Yaxın Şərqin 23 ölkəsindən rəqəmsal texnologiyalara münasibətini bildirən 23 000 istehlakçı iştirak edib. Araşdırmanın məqsədi 23 ölkədə rəqəmsal texnologiyalardan istifadənin səviyyəsini, istifadəçilərin vərdiş və davranışlarını öyrənməkdən ibarət idi.

Azərbaycanca

Dolların məzənnəsi rekord həddə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi 3,12 lirə həddini keçərək növbəti tarixi maksimuma yüksəlib. 

Azərbaycanca

Yapı Kredi Bank Azərbaycanda əhalinin əmanətləri 85% artıb

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin III rübünün nəticələrini elan edib. Bankdan verilən məlumata görə, Yapı Kredi Bank Azərbaycan 2016-cı ilin ilk 9 ayında ötən illə müqayisədə cari və əmanət hesablarındakı vəsaitlər  90 %, o cümlədən əhalinin əmanətləri 85% artmışdır.

Azərbaycanca

“Card to Card” nədir və xidmət haqqı nə qədərdir?

“Card to Card” xidməti adından da göründüyü kimi kartdan karta edilən əməliyyatı göstərir. Yəni, siz öz plastik kartınız vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərə bilərsiniz.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »