Bakı, 24 iyul 2013. Asiya İnkişaf Bankı (AİB) AccessBank-a (Azərbaycan) 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində kredit verəcək. Bu kreditin məqsədi Azərbaycanın kənd ərazilərində mikro və KOB müəssisələrinin, xüsusilə kənd təsərrüfatı müəssisələrinin və fermerlərin kreditləşdirilməsi ilə əlaqədar Bankın fəaliyyətini dəstəkləməkdən ibarətdir. AİB-nın bu krediti beynəlxalq maliyyə təşkilatı tərəfindən AccessBank-a verilən ən böyük ikitərəfli təkrar maliyyələşdirmə vəsaitləridir – bu, iki tərəfdaş arasındakı əməkdaşlığı yeni səviyyəyə çıxarır.
AccessBank və AİB Azərbaycanın regionlarında kiçik biznesin dəstəklənməsi üçün 50 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb

