Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə «AtaBank» ASC « VISA International » təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. «Visa imtiyazlar dünyasını kəşf et!» aksiyası dekabrın 20-dək davam edəcək. Bankın filiallarında bütün növ «Visa Premium» (Gold və Platinum) kartları sifariş edən müştərilərə «MyBrands» mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilmiş «Visa Premium» kartları da «MyBrands» mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək.
“AtaBank” ASC «Visa imtiyazlar dünyasını kəşf et!» kampaniyasına start verdi.

