“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlamaqla kredit rəsmiləşdirilməsini daha da asanlaşdırıb. Artıq müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilərlər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.
Kreditinizi “DəmirBank” dan elektron arayışla əldə edin

