“Bank Technique” Bakıda Four Seasons hotelində təşkil edilmiş təqdimat mərasimində “Technique Online” tamfunksional internet-bankçılıq sistemini, “Technique Mobile” smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən “Technique ID” qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərini nümayiş etdirib.
“Bank Technique” İnnovativ Məsafəli Bankçılıq Xidmətlərinin təqdimatını keçirib

