Banco.az | Tezliklə

“Ən yaxşı investisiya bankı” və “Ən yaxşı KOS bankı”

Azərbaycanca

"International Finance Magazine" (IFM) jurnalının qiymətləndirməsi əsasında London şəhərində nüfuzlu "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir. Bu il də ölkənin aparıcı banklarından biri olan PAŞA Bank «Best Investment Bank» (“Ən yaxşı investisiya bankı”) və «Best SME Bank» (“Ən yaxşı KOS bankı”) mükafatlarına layiq görülüb.

Unibank arzuları reallaşdırır

Azərbaycanca

Uşaq oyunlarımız əslində böyüyəndə çatmaq istədiyimiz xəyallarımızdır. Xəyallarımız arzulara çevrilir. Çətinliklər arzulara gedən yolda bizi gücləndirir. Arzular hədəflərə çevrilir Hədəflər uğura aparır. Uğur sevinc yaradır.. Uğur uğur gətirir.

“Qış Möcüzəsi”

Azərbaycanca

Expressbank bank kartlar üzrə Visa ilə birgə “Qış Möcüzəsi” aksiyasını təqdim edir. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

UNİBANK 9.75%-li istiqrazların emissiyasına başladı

Azərbaycanca

“Unibank KB” ASC-nin 20  milyon manatlıq istiqrazlarının emissiya prospekti dekabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.75%-dir. Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən 4 dekabr 2014-cü tarixində tam şəkildə və vaxtında ödənilib.  Yeni buraxılış  üzrə faiz kuponu  əvvəlki ilə müqayisədə daha aşağıdır.

Yeni ilə “NBC Bank”dan “Visa Gold” plastik kartı hədiyyə!

Azərbaycanca

22.12.2014 – 30.12.2014 tarixlərində “Yeni il” bayramı ilə əlaqədar olaraq “NBC Bank”a müraciət edən istənilən şəxsə “Visa Gold” plastik kartı hədiyyə olunacaq. Bunun üçün həmin şəxslər yalnız şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına müraciət edərək “hədiyyə” plastik kartını əldə edə bilərlər.

Bölgələrdə sahibkarlığın inkişafına dəstək!

Azərbaycanca

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bank tərəfindən verilən biznes kreditlərinin statistikasında bölgələrlə bağlı kəskin artım qeydə alınıb. Bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib.

“Azərbaycanda pərakəndə ticarət”

Azərbaycanca

Bu gün Bakıda “Azərbaycanda pərakəndə ticarət: hazırkı  vəziyyəti  və perspektiv inkişaf istiqamətləri” mövzusunda biznes forum keçirilib. Azərbaycan Respublikasının Milli Sahibkarlar (Işəgötürənlər) Konfederasiyasının dəstəyi ilə tədbirin təşkilatçısı qismində ölkənin ən iri banklarından biri olan PAŞA Bank çıxış edib.

“Bank of Baku” “Caspian European Club” təşkilatına daxil oldu!

Azərbaycanca

“Bank of Baku” nüfuzlu yerli və xarici şirkətlərin təmsil olunduğu “Caspian European Club” təşkilatına daxil olub. “Bank of Baku” “Caspian European Club”-da qızıl üzv qismində təmsil olunacaq. Üzvlük barədə xüsusi sertifikat “Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayevə təqdim edilib. Sertifikatı klubun iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov təqdim edib.

“Worldcard-dan hər gün 2015 manat” kampaniyasının ilkin qalibləri müəyyən olundu.

Azərbaycanca

Yapı Kredi Bank Azərbaycanın 1-31 dekabr tarixlərində keçirdiyi “Hər gün 2015 manat ” kampaniyasının ilkin qalibləri müəyyən olundu.

“Ən yaxşı riteyl bank”

Azərbaycanca

Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

Səhifələr

« first ‹ previous last »