Facebook şirkətinin təsisçisi və CEO-su Mark Zuckerberg 11 Aprel tarixində ABŞ Konqressinin nümayəndələr palatasında 5 saat ifadə verib. O, 55 konqresmenin suallarına cavab verib. Hər bir konqresmenin isə sualları vermək üçün 4 dəqiqə vaxtı olub. İfadənin əsas mövzuları 87 milyon Facebook istifadəçisinin məlumatlarının sızdırılması, ABŞ-ın prezident seçkilərinə Rusiya Federasiyasının Facebook vasitəsilə müdaxilə etməsi olub.
Mark Zuckerberg-in Konqresdə cavab verə bilmədiyi suallar hansılar idi?