AccessBank, müştərilərinin rahatlığını düşünərək, kreditlərin MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb. Artıq müştərilər Banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan MilliÖn ödəmə terminalından kredit ödənişini rahatlıqla həyata keçirə bilərlər. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb.
MilliÖn ödəmə terminalları şəbəkəsinə qoşulan növbəti bank

